SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS