VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri, Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl dünyasını dəyişib.

“Report”un xəbərinə görə, bu barədə onun oğlu Toğrul İsmayıl məlumat verib.

R.İsmayıl uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.

Qeyd edək ki, İsmayılov Rafiq İsmayıl oğlu 1939- cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olub.

1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə dövlət müşaviri işləyib.

BAKU.WS