SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınmışdı.

Bu gün BAKU.WS-in əməkdaşı həmin ərazidə aparılan işlə yaxından tanış olmaq üçün hadisə yerinə yollanıb. Sözügedən yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib ki, kollektorun bərpası istiqamətində işlər aparıldığı üçün çökmənin diametri biraz da artıb: "Kollektorun bərpası yekunlaşdıqdan sonra yolun bərpası istiqamətində addımlar atılacaq. 2016-cı ildə yol təmir olunub. Bəziləri deyir ki, yol təzə tikilib. Bu belə deyil. Yol 50-60 il əvvəl tikilib. Yəni, bir il əvvəl sadəcə olaraq asfalt qatı dəyişdirilib".

Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Tuncay
BAKU.WS