SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Ağstafa rayonunda baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Yenigün kənd sakini 1991-ci il təvəllüdlü Yaqubəliyev Emin Mahir oğlu xeyli vaxt imiş ki, ağır xəstəlikdən əziyyət çəkirmiş və vaxtaşırı dözülməz ağrıları tuturmuş. Belə ki, 6-7 il əvvəl aldığı xəsarətdən sonra onun səhhətində ciddi problem yaranıb.

Hadisə vaxtı isə evdə ondan başqa analığı olub. Həmin qadın silah səsinə gəlib və ögey övladının tüfəngi çənəsinin altına dirəyərək atəş açdığını və yerindəcə keçindiyini görüb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS