SİZİN REKLAM BURADA!
055 213 76 73



Dağıstan Dövlət Pedoqoji Universitetində təhsil almış Orxan Məmmədli Təhsil Nazirliyinin ünvanına sərt ittihamlar səsləndirib.

BAKU.WS-in məlumatına görə, bu gün Apellyasiya Məhkəməsində Orxan Məmmədlinin diplomunun tanınması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Təhsil Nazirliyi isə bu ittihamları rədd edib. Nəticədə məhkəmə prosesi oktyabrın 10-a təxirə salınıb.

Məhkəmədən sonra Orxan Məmmədli jurnalistlərə açıqlama verib. O bildirib ki, Təhsil Nazirliyi ondan diplomunun tanınması ilə bağlı rüşvət istəyib.

Onun sözlərinə görə, nazirlik müxtəlif səbəblər gətirərək diplomunu təsdiq emir.

“Lap əvvəldən onların istədikləri rüşvəti versəydim, halal zəhmətimlə qazandığım diplomumu çoxdan tanımışdılar”, - deyə Orxan Məmmədli qeyd edib.

Xatıradaq ki, 2016-cı ildə məhkəmə diplomun tanınması məsələsində Orxan Məmmədlinin lehinə qərar çıxarsa da Təhsil Nazirliyi bununla razılaşmayıb.

Apellyasiya Məhkəməsi isə Nazirliyin xeyrinə qərar verib. Bu məhkəmənin qərarından narazı qalan Orxan Məmmədli isə Ali Məhkəməyə müraciət edib.

BAKU.WS