SİZİN REKLAM BURADA!
055 213 76 73



Şamaxıda dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri FHN-nin helikopteri tərəfindən müəyyən olunub.

Turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər.

Hazırda Mülki müdafiə qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.

BAKU.WS