SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Hindistan vətəndaşları qəzaya düşüblər.

BAKU.WS-in “qafqazinfo”ya istinadən verdiyi görə, 1983-cü il təvəllüdlü Venugopal Krishnakumarın idarə etdiyi “Nissan Sunny” markalı 10 PT 480 nömrəli avtomobilllə Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Qorqud Hikmət oğlu Məmmədlinin idarə etdiyi “Toyota” markalı 99 AA 446 nömrəli maşın toqquşub.

Nəticədə, V. Krishnakumar və sərnişini, 1983-cü il təvəllüdlü Mangalath Prethy Ullas xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Tibbi yardım aldıqdan sonra buraxılıblar.

BAKU.WS