SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxani həbs olunub.

BAKU.WS-in məlumatına görə, bu bardə Lider Tv-də yayımlanan “Bu bizik” verilişinin aparıcı deyib.

Onun sözlərinə görə, Leylanı əməliyyat edən əslən iranlı Siruz Qoçxani aparılan araşdırmalardan sonra həbs olunub.

"Keçən aylarda bizim bir model-aktrisamız var idi. İrandan gələn həkim onu Bakıda əməliyyat etdi”, - deyə Tolik bildirib.

Bu il iyunun 22-də model Leyla 16:00-da əməliyyata alınıb. Əməliyyat saat 18:00-da yekunlaşıb və model palataya köçürülüb. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürülüb.

Orada da lazımı tibbi yardım göstərilib. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişib.

BAKU.WS