SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Koroğlu" metro stansiyasının girişində ölüm hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.

Belə ki, orta yaşlı kişi "Koroğlu" metrostansiyasının girişindəki şüşəli piramidanın yanında qəfildən yerə yıxılıb və həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı BAKU.WS-ə təsdiqləyib. o bildirib ki, hadisə "Koroğlu" metrostansiyasının daxilində baş verməyib.

"Hadisə ötən gün axşam saatlarında verib. İlkin ehtimala görə, kişinin ürəyi tutub", - deyə Nəsimi paşayev bildirdi.

Faktla bağlı Nizami rayonu Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS