SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən "Marriott" otelə qonaqlamağa gedən "Roma" futbolçuları maraqlı hadisə ilə üzləşib.

Oyunçular avtobusdan düşüb və otelə girirdilər. Bu zaman azarkeşlərdən biri "Forza Lazio" ("İrəli, "Lazio"!) qışqırdı! "Roma" klubunun əzəli rəqibi "Latsio"nun adının çəkilməsi isə futbolçuları qıcıqlandırıb.

"Roma" futbolçusu Rac Nainqqollan özünü itirməyib və dərhal azarkeşə cavab verib. İndoneziya mənşəli belçikalı "Ciao brutto" deyə qışqırıb. Bu isə "Salam, eybəcər" və ya "Salam, pis oğlan" mənasını verir. Bu sözlərin tələffüzü insanın düşmənçilik dərəcəsindən asılı olaraq dəyişir.

Mənbə: haqqin.az
BAKU.WS