SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, dəmir yolu xətti üzərində yatan kişini qatar vurub.

Gecə saatlarında şəxsiyyəti hələ ki, məlum olmayan orta yaşlı kişi yatmaq üçün özünə dəmir yolu xəttinin üzərini seçib. Həmin rels ilə hərəkətdə olan qatarın maşinisti uzaqdan kişini görərək siqnal verməyə başlayıb.

O, səsə oyanmayıb və nəticədə qatar kişinin üzərindən keçib.
Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən aparılan ilkin araşdırma nəticəsində müəyyən edilib ki, zərərçəkmiş Suraxanı rayonu ərazisində tüfeyli həyat tərzi keçirirmiş.

BAKU.WS