VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyədə narkotik ittihamı ilə iki azərbaycanlı həbs olunub.
 
BAKU.WS məlumat verir ki, Ərzurum-Pasinlər avtomobil yolunda polis axtarış əməliyyatı aparıb. Vandan İstanbula gedən bir avtomobilə baxış keçirilərkən, 12 kilo 633 qram xalis heroin tapılıb. İki nəfər narkokuryer həbs olunub. Tutulan narkokuryerlər Azərbaycan əsilli Kezban Ş. ilə Orxan Q. adlı şəxslər olub.
 
Məhkəmə narkokuryerlərdən Ş. Kezbana 7 il 6 ay, Q. Orxana isə 15 il olmaqla hökm oxuyub. Bundan əlavə hər iki şəxs 35 min və 75 min TL (Türk lirəsi) olmaqla 110 min TL cərimə olunublar. 
 
BAKU.WS