VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Əliyev Şamil Əhməd oğlu "Gənclik" metrosunun qarşısında tanışı ilə mübahisə edib. Nəticədə ona bir neçə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS