SİZİN REKLAM BURADA!
055 213 76 73



Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb.

Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub. Nəticədə orada avtomobillərini park edən sakinlərə məxsus 5-6 maşına ciddi ziyan dəyib.

Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.

Cəlilabad rayonunda isə güclü yağan yağışdan sonra güclü ildırım çaxıb. Nəticədə istifadəsiz qalan köhnə mağaza binası alovlanaraq yanmağa başlayıb.

Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS