VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu ilin iyul ayında Bakı şəhərinin Xəzər rayonunda 3 yaşlı oğlu Nurlanla birgə yaşadığı evdən qaçan 22 yaşlı Xanım Quliyeva tapılıb.

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində qadının yeri müəyyən edilib və onun ailəsinə qayıtması təmin edilib.

Qeyd edək ki, gənc qadın ailə münaqişəsi zəminində azyaşlı oğlunu da götürərək evdən getmişdi.

O, daha sonra KİV-lə əlaqə saxlayaraq müstəqil yaşaya biləcəyini, işlədiyini və oğluna özünün baxacağını demişdi.

BAKU.WS