VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycanda kabel oğruları tutulub.
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, "Azərişıq” ASC-yə məxsus elektrik kabelinin 300 metr hissəsini kəsərək oğurlanıb. 

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də "Azərişıq” ASC-yə məxsus elektrik kabelinin 300 metr hissəsini kəsərək oğurlamış Masallı rayon sakinləri Sakit Ağayev, Namiq Əzimov və Elman Qədiyev tutulublar.
 
Daha bir oğurluq faktı isə "Şahdağ” Qış-Yay turizm kompleksinin ərazisində qeydə alınıb. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da "Şahdağ” Qış-Yay turizm kompleksinin ərazisindən 420 metr elektrik kabeli oğurlamış rayon sakinləri Əlverdi Hacıverdiyev və Ayaz Sərkərov tutulublar.
 
BAKU.WS