SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nəsimi rayonunda bir gecədə 3 maşından oğurluq edilib.

Bu barədə BAKU.WS-ə zərəçəkən sakinlər məlumat veriblər.

Hadisə Nəsimi rayonu, Vaqif prospekti 5 ünvanında baş verib.

Şikayətçilərin sözlərinə görə, oğrular avtomobillərin arxa yan şüşələrindən birini sındıraraq maşının içinə giriblər.

“Səhər işə gedəndə bu mənzərə ilə qarşılaşdıq. Avtomobilin sandıqçasını açıb-töküblər. Bəzi maşınlardan pul, bəzilərindən başqa qiymətli əşyalar və siqaret götürüblər”, - deyə sakinlər bildirib.

Zərərçəkənlər rayon polis idarəsinə müracuiət ediblər. Əməkdaşlar hadisə yerinə gələrək barmaq izləri götürərək müvafiq tədbirlər görüb.

BAKU.WS