VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daşkəsəndə bıçaqlanma olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Kənd sakini, Cəfərova Şücayət və onun qızı 1994-cü il təvəllüdlü Cəfərova Əfsanə bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, Bayan kənd sakini 1995-ci il təvəllüdlü Cəfərov Emin Kamil oğlu həyat yoldaşı Əfsanə Cəfərovanı döydüyü üçün qadın anasının evinə gedib. Anası Şücayət Cəfərova qızı ilə birlikdə polisə şikayət edib. Onlar Əfsanə Cəfərovanın boşanmaq istədiyini deyiblər. Polis əməkdaşları E. Cəfərovu şöbəyə çağıraraq ondan izahat alıblar. Oradan çıxan kimi Emin Cəfərov boşanmaq istəyən həyat yoldaşını və qayınanasını bıçaqlayıb. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

BAKU.WS