SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Sabunçu rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat daxil olub.

BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb.

Mənzildə 1955-ci il təvəllüdlü Muradov Ramiz Bayram oğlunun cəsədi aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS