VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda Günel adlı sürücü 4 ildir ki, taksi sürdüyünü və başına maraqlı hadislərin gəldiyini deyir.

BAKU.WS-in məlumatına görə, Zaqataladan olan sürücü Günel deyir ki, 16 ildir maşın idarə edir.

“Amma 4 ildir taksi sürücüsü kimi işləyirəm. Ailəmdə icazə vermirdilər, amma taksi sürməyə başladım. Çünki bu sənətə böyük həvəsim var. Ailəm sonradan mənə dəstək oldu”, - deyə Günel bildirib.

Onun sözlərinə görə, bu sənətdə çətinliklər çoxdur.

“Hər cür adama rast gəlirsən. 4 gün əvvəl sərnişinlərdən biri əsəblərimlə oynadı. Sulutəpəyə gedirdi. Vurub onu maşından saldım. Bu hərəkətimdən xoşum gəldi. Özümə ləzzət elədi”, - deyə sürücü Günel deyib.

VİDEO: YENİ AVAZ
BAKU.WS