VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirib. Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir.

BAKU.WS-in məlumatına görə, bu münasibətlə metronun “İçərişəhər” stansiyasında artıq ənənə halını alan musiqili proqram təşkil olunub.

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkil edilib. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilib.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.

BAKU.WS