SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Teymur Əliyev küçəsində 10-ST-908 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

BAKU.WS