SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə 150 nəfəri aldadaraq onlardan 250 milyon lirə (Təxminən 124 milyon AZN) alan vəkil Azərbaycana qaçıb.

BAKU.WS-in məlumatına görə, Türkiyə KİV-i yazır ki, işdən qovulan vəkil Burak Y. adlı şəxs müştərilərinə dövlət layihələrindən ucuz maşınlar alacağını vəd edərək onlardan milyonlarla vəsait alıb.

Belə ki, keçmiş vəkil icarəyə götürdüyü maşınları müştərilərinə satıb. Burak Y. 150 nəfərə satdığı maşından 250 milyon lirə əldə edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi axtarır. Onun Azərbaycana qaçdığı bildirilir.

BAKU.WS