SİZİN REKLAM BURADA!
055 213 76 73



Masallıda yük maşını motosikletlə toqquşub, bir nəfər ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki,”SHACMAN” markalı yük maşını ilə Masallının Qızılağac kənd sakini Hüseyn Ağabba oğlu Ağayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə ağır yaralanan H.Ağayev dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

BAKU.WS