VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi bir neçə zərbəyə öldürən azərbaycanlı Anar Allahverənovla bağlı beynəlxalq axtarış elan edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

Qeyd olunur ki, Anar Allahverənov haqqında qiyabi həbs qərarı verilib.

Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçyov arasında Xabarovskun "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçyov xəstəxanada keçinib, A.Allahverənov isə hadisə yerindən qaçıb.

BAKU.WS