SİZİN REKLAM BURADA!
055 213 76 73



Biləsuvar rayonunda körpə qaynar su ilə dolu qazana düşərək yanıb.

BAKU.WS xəbər verir ki, "Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini yaşyarımlıq Lilay Suliddin qızı Zeynalova qaynar su ilə dolu qazana düşərək yanıq xəsarətləri alıb.

Körpə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, körpəyə ilkin tiobbi yardım göstərilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS