VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiya Elmlər Akademiyası Fizika Universitetindən verilən məlumata görə, dünən Günəşdə böyük partlayış meydana gəlib.

Bu, yaxın zamanda Günəşdə rast gəlinən 4-cü ən böyük partlayış olub.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, təbii hadisə radiyasiya qüvvəsi ilə əlaqədar olaraq sinifləndirilmədə ən yüksək şkala olan X səviyyəsində olub.

Günəşdə olan əvvəlki partlayışlar keçən həftənin bazar ertəsi günü təsbit edilib və elm adamları bu partlayışların M səviyyəsində olduğunu bildirib.

Rusiya Elmlər Akademiyasının Kosmos Araşdırmaları Universitetinin professoru Aleksey Struminskiy ilk partlayış əsnasında Günəşin səthində "günəş zəlzələsi" kimi bilinən seysmik dalğaların yayıldığını söyləyib.

Mütəxəssis bu növ partlayışların səbəb olduğu maqnetik fırtınaların insan sağlamlığına hər hansı bir zərər vermədiyini, partlayışın gücünə rəğmən, planetin ətrafındakı peyklərin və kabelsiz ünsiyyət cihazlarının o qədər də təsirlənməyəcəyini vurğulayıb.

BAKU.WS