VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda dilənçilik etdiyi üçün saxlanılan şəxs polis bölməsində intihara cəhd edib.

BAKU.WS
-in Musavat.com-a istinadən verdiyi məlumata görə, Səməd Vurğun parkında dilənçilik edən Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Rafiq Bəkirov Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Rafiq Bəkirov Nəsimi rayonu 22-ci Polis Bölməsinə gətirilib.

R.Bəkirov bölmənin giriş qapısına çatanda ağzından çıxardığı lezva ilə qolunun damarlarını kəsib.

Psioxoloji problemlərinin olduğu deyilən R.Bəkirov xəstəxanaya yerləşdirilib. O, tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb.

BAKU.WS