VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı fəhlə ölüb.

"Report"un xəbərinə görə, hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.

Nəsrəddin Tusi küçəsində Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı 1981-ci il təvəllüdlü Mustafayev Tahir Şəmsəddin oğlu inşası başa çatmamış hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T. Mustafayev dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS