VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.
Təxminən 55-60 yaşında olan kişi yolu keçmək istəyərkən onu "99-KA-231" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb. Polis əməkdaşları ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.

Hadisəni törədən sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS