VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda yük maşını qəza törədib.

BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa avtomobil yolunda baş verib.

"Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub. Nəticədə yük avtomobili qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub.

Hadisə nəticəsində yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb və qaz xəttinə ziyan dəyib.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və Sabunçu qəsəbəsininin böyük bir hissəsinə mavi yanacaqın verilməsi dayandırılıb.

BAKU.WS