SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 21-də Bakının Nəsimi rayonunda transformatorun içərisində elektrik cərəyanı vuran 20 yaşlı Fəqan Fərzəliyevin vəziyyəti son dərəcə ağır olaraq qalıb.


Xəstənin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, hazırda Fəqan Fərzəliyevin səhhətində heç bir irəliləyiş yoxdur.


"Xəstə uzanılı vəziyyətdədir. Həkimlərin nəzarəti altındadır. Günün çox vaxtını yatır Bəzən oyansa da, gözlərini aça bilmir. Arada gözlərini açır və hərəkət etməyə çalışır. Lakin hərəkət edə bilmir”, - deyə xəstəxanadan bildiriblər.


Xatırladaq ki, oktyabrın 21-də Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.
 
Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.
 
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS