VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün səhər saat 9:30 radələrində Kürdəxanı-Pirşağı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin xəbərinə görə, "Mercedes E Klass" markalı 90 NF 513 dövlət nömrə nişanlı avtomobil evakuatorla toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, evakuator dönmə əməliyyatı yerinə yetirən zaman "Mercedes" onu arxadan vurub. Nəticədə avtomobildə olan beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerində olan vətəndaşların köməyi ilə avtomobildə sıxılmış vəziyyətdə olan sərnişinlər və sürücü salondan çıxarılıb.

Fakt araşdırılır.

BAKU.WS