Sabirabad rayonunda dəhşətli hadisə baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə rayonun Ulacalı kəndində baş verib.

Kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra özünə xəsarət yetirib. Nəticədə onlar hər ikisi xəstəxanaya yerləşdiriliblər. 

Hər iki yaralı ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib. Zaqatala RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd "İJ” markalı tüfəng götürülüb.
 
BAKU.WS