Tovuz rayonunda istirahət mərkəzində yanğın olub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Şamlı kəndi ərazisində yerləşən "Narzan" ailəvi istirahət mərkəzində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub. İlkin məlumata görə, istirahət mərkəzində 200 kvadratmetr ərazidə yerləşən 8 otaq və kafe yanıb.

Yanğın nəticəsində yaxınlıqda olan beş iri gövdəli ağaclar da yanıb. Hadisə zamanı istirahətdə olan turistlər və istirahət mərkəzinin işçiləri evakuasiya edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

BAKU.WS