SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.

Rayon sakini, 1937-ci il təvəllüdlü Münəvvər Hümbət qızı Əliyeva hərəkətdə olan traktor tərəfindən vurulub.

Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS