Tovuzun Düzqırıxlı kəndində yerləşən mağazada yanğın baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, kənd sakini Şahin Hacıyevə məxsus 300 kv.m-lik mağazanın ərazisi 110 kv.m olan anbarında yanğın başlayıb. Əraziyə Tovuz Yanğından Mühafizə Xidməti Hissəsinin 4 texnika və canlı qüvvəsi cəlb olunub. Alov qısa müddət ərzində söndürülüb və yanğının mağazaya keçməsinin qarşısı alınıb.

Məlumata görə, anbarın təxminən yarısının yanan konsktruksiyaları və əşyaları yanıb.

Yanğını söndürmək istəyən 8 nəfər mağaza işçisi tüstüdən zəhərlənib. Onlar rayon Mərkəzi xəstəxanaya müraciət ediblər.

Tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Vəziyyətlərinin normal olduğu bildirilir.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

BAKU.WS