VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə yaşayan Azərbaycan vətəndaşı qəzaya düşüb.

Hadisə dünən Kırklarəli əyalətinin Dəmirköy qəsəbəsində baş verib.

Belə ki, Qazax sakini 1979-cu il təvəllüdlü Hüseynov Elçin Rövşən oğlu motosiklet idarə edərkən qarşısına çıxan avtomobillə toqquşmamaq üçün sükanı yan tərəfə döndərib. Nəticədə o, motosikletlə birlikdə divara çırpılıb. E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, mərhumun həyat yoldaşı “Report”a açıqlamasında sənədləşmə işləri üçün sabah, sentyabrın 5-də İstanbula gedəcəyini deyib. Bu işlər başa çatdıqdan sonra cənazənin Qazax rayonuna gətirilməsi üçün Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət olunacaq.

Qeyd edək ki, cütlük bir ildir Türkiyədə yaşayırmış. E.Hüseynov inşaat sektorunda çalışırmış.

BAKU.WS