VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qurban bayramı başa çatsa da Bakının bəzi küçələrində, daha doğrusu qurbanlı heyvanların satıldığı və kəsildiyi yerlərdə vəziyyət bərbad olaraq qalır.

BAKU.WS-in əməkdaşı Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində qarşılaşdığı mənzərə ondan xəbər verir ki, həmin ərazidə qoyunlar satılıb, kəsilib, amma heç bir təmizlik işləri aparılmayıb.

Maraqlı məqam budur ki, sözgedən antisanitar vəziyyət Akademik Mirqasımov adına Respublika Kilinik Xəstəxanasının düz yanındadır.

Ərazidə asfaltın üzəri qanla örtülüb, üfunət iyi gəlir, hətta heyvanı kəsərkən qanı divara sıçrayıb.

Həmin görüntüləri sizə təqdim edirik.

Tuncay

BAKU.WS