SİZİN REKLAM BURADA!
055 213 76 73



Şimali Koreya prezidenti Kim Çen Inın hidrogen bombası ilə bağlı verdiyi qərar bütün dünyanı ayağa qaldırıb.

BAKU.WS-in məlumatına görə, səhər saatlarında Şimali Koreyanın nüvə sınağı etdiyi ərazinin yaxınlığında 6.3 bal gücündə zəlzələ baş verib.

Yaponiya hökuməti zəlzələnin nüvə sınağı nəticəsində baş verdiyini bildirib. Güclü təkandan sonra 4,6 bal gücündə daha bir afterşok olub. Zəlzələ Çinin bəzi şəhərlərində təxminən 10 saniyə davam edib.
 
Rusiyanın Xarici İşlər Nazirliyi Şimali Koreyanın nüvə sınağından narahatlığını dilə gətirib. Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qərarlarını və beynəlxalq qaydaları kobud şəkildə pozduğunu qeyd edib. Rusiya ilə yanaşı, Çin, ABŞ, Yaponiya, Almaniya və Fransa prezidentləri də Şimali koreyanı tənqid edib. 

Şahin
BAKU.WS