SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Bakı şəhərində anadan olmuş 1958-ci il təvəllüdlü Mirvahid Musəvi cari il mayın 22-də saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 175 sm, arıq bədənli, gözləri qəhvəyi rəngdə, daimi eynəkdə olub, saçları ağdır. Evdən çıxarkən əynində göy pencək, qara şalvar, qara ayaqqabı olub.

Kürdəmir rayonunda anadan olmuş 25 yaşlı Solmaz Asim qızı Qaçayeva cari il mayın 19-da saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub.

M.Musəvini və S.Qaçayevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti”nə, həmçinin Nərimanov rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq məlumat vermələri xahiş olunur.

BAKU.WS