SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini, 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub. Bayramova hadisə yerindəcə dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.
 
BAKU.WS