SİZİN REKLAM BURADA!
055 213 76 73



Səhər saat 5:00 radələrində Bakının Nizami rayonunda iki gənc qadın bıçaqlanıb.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib.

1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Mikayılova Elnarə Yanar qızına naməlum şəxs və ya şəxslər tərəfindən hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

BAKU.WS