SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəran rayonunda qadın özünü qatarın altına ataraq intihara cəhd edib.

BAKU.WS xəbər verir ki, "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Aida Cəlil qızı Əlizadə özünü qatarın altına ataraq öldürmək istəyib.

İntihara cəhd edən qadın 4 uşaq anasıdır və o, uşaqları ilə vidalaşaraq evdən çıxıb.

Ağır bədən xəsarətləri alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

İntihara cəhd edən qadının əri Rəvan Əlizadə "Report"un Cənub bürosuna bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub:

"Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nəbilim ki, gedib özünü qatarın altına atar?"

BAKU.WS