SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə Kilyos sahillərində azərbaycanlı kapitanın idarə etdiyi gəmi ikiyə bölünməsinin görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, İstanbulun Sarıyer rayonu ərazisində Monqolustan bayrağı altında üzən "Leonardo" adlı 114 metr uzunluğunda olan yük gəmisi ortadan ikiyə bölünüb.

Qısa müddət ərzində hadisə yerinə çatan komandalar, gəminin Azərbaycan əsilli kapitanı ilə Rusiya və Hindistan əsilli 10 nəfərlik ekipajını xilas ediblər.

BAKU.WS