Dövlət Yol Polisi əməkdaşları Masallı rayonunda reyd keçirib.

BAKU.WS-in avtosfer.az-a istinadla məlumatına görə, Masallı-Yardımlı yolunda təşkil edilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş halda sükan arxasına əyləşən və digər qayda pozuntularına yol verən xeyli sürücüyə rast gəlinib. Sərxoş halda avtomobil idarə edən bir sürücü pivəni spirtli içki saymayıb.

Sərxoş halda sükan arxasına əyləşən digər bir sürücü isə çəkiliş qrupuna hücum etməkdən də çəkinməyib. Təhlükəsizlik kəməri taxmadığı üçün saxlanılan sürücü isə etirazını söyüş söyməklə bildirib.

Reyd zamanı 60 sürücü barəsində inzibati protokol tərtib olunub.

BAKU.WS