055 213 76 73
Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.
Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.
BAKU.WS