055 213 76 73
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
“VAZ” markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS