Növbəti reyd zamanı da yetərincə qanunu pozanlar aşkarlanıb.

ARB Şəki xəbər verir ki, İsmayıllı polisinin keçirdiyi reydlərin əsas məqsədi sərxoş sürücülərə, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan qanunsuz avtomobil idarə edən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülərə qarşı tədbir görülməsi olub.

Reyd zamanı 87 sürücü saxlanılıb. Reyd zamanı polisin “Dur!” əmrinə əməl etməyən sürücülər də olub. Bəziləri isə yazılan cərimələrdən narazılıqlarını bildiriblər və çəkilişə mane olmağa çalışıblar.

Sürücü: "Qol çəkə bilmirəm. Kəmər taxmadığım üçün saxladız, amma "pavarod"dan bu dəqiqə çıxmışdım. Yaza bilmirəm".

Avqustun 15-dən start verilən reydlər sentyabrın 15-ədək davam edəcək.

BAKU.WS