SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz yuxarıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00 da bu göstərici 32 faiz təşkil edirdi.

BAKU.WS